Ermənilərin Şuşada "andiçmə mərasimi" keçirdiyi bina darmadağın edildi - FOTO

5-10-2020, 12:58           
Ermənilərin Şuşada "andiçmə mərasimi" keçirdiyi bina darmadağın edildi - FOTO
Ordumuzun keçirdiyi anti-terror əməliyyatları zamanı separatçı rejimin Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edilib.

Lent.az xəbər verir ki, məhv edilən binanın fotoları sosial şəbəkələrdə yayılıb.

Prezident İlham Əliyev dünən xalqa müraciətində Qarabağda separatçılarının “inaquriyas mərasimi” keçirdiyini xatırladarkən belə demişdi: “Özünə andiçmə mərasimi keçirmişdi. Baxım görüm andiçmə mərasimini harada keçirəcək?! Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa!”.

Xatırladaq ki, bu ilin may ayında separatçı rejimin yeni rəhbəri Araik Arutunyanın qondarma “inaqurasiya mərasimi” işğal altındakı Şuşa şəhərində keçirilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru