Hidrogen mühərriklə işləyən yük maşını istehsal olunacaq

6-10-2020, 23:41           
Hidrogen mühərriklə işləyən yük maşını istehsal olunacaq
“Toyota Motor” şirkəti Şimali Amerika bazarı üçün hidrogen mühərrikə malik ağır yük maşını üzərində çalışmalar aparır.

Həmin model şirkətin “Hino USA” bölməsilə müştərək olaraq bu yaxınlarda təqdim olunmuş “Hino XL” şassisi əsasında hazırlanacaq.

Cari ilin mart ayında “Toyota” “Hino Motors” bölməsilə birgə Yaponiya üçün hidrogen mühərrikə malik 25 tonluq tır üzərində işlədiklərini açıqlamışdı.

Hər iki yeni modelin gələn ilin birinci yarısında təqdim olunması nəzərdə tutulur. Onların texniki xüsusiyyətləri və satışa nə zaman çıxarılacağı açıqlanmır.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru