Gürcüstana iki naməlum PUA düşdü - FOTO

8-10-2020, 00:27           
Gürcüstana iki naməlum PUA düşdü - FOTO
Sagareconun Udabno kəndi və Ğvarelinin Sanavardo kəndi yaxınlığında iki pilotsuz uçuş aparatı (PUA) düşüb

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı mesaj bu gün oktyabrın 7-də, saat 18:35 və 18:45 radələrində nazirliyə daxil olub.
Açıqlamaya görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

“Daxili İşlər Nazirliyi dərhal istintaq tədbirlərinə başladı. Hüquq-mühafizə orqanları hər iki hadisə yerinə səfərbər olunub, məhkəmə ekspertləri müvafiq tədbirlər görürlər", - deyə DİN-in açıqlamasında qeyd olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.