ABŞ-da atışma zamanı uşaqlar da daxil olmaqla bir neçə nəfər yaralanıb

18-10-2020, 07:32           
ABŞ-da atışma zamanı uşaqlar da daxil olmaqla bir neçə nəfər yaralanıb
ABŞ-ın Mesa şəhərində (Arizona ştatı-red) avtomobil dayanacağında baş verən atışmada azı 7 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə polisə istinadən ABC telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, naməlum şəxslər ərzaq köşkünün qarşısında toplaşmış şəxslərə atəş açıblar. Hüquq-mühafizə orqanlarının nümayəndəsi qeyd edib ki, xəsarət alanlar arasında 3-ü böyüklər, 4-ü həddi-büluğa çatmayanlar, uşaqlardır. Xəsarət almış 1 yaşlı uşağın vəziyyəti ağır qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru