150 nəfərlik toy vertolyotdan dayandırıldı...

18-10-2020, 10:18           
150 nəfərlik  toy  vertolyotdan dayandırıldı...
Polis koronavirusla bağlı karantin qadağasına rəğmən 150 nəfərin iştirakı ilə qanunsuz keçirilən toy vertolyot vasitəsilə aşkarlanaraq dayandırılıb.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, ölkə polisinin mətbuat xidmətinin yaydığı məlumata görə, toy İsrailin şimalındakı Bina kəndindəki bir evin damında keçirilib. Mərasimdə həm qonaqlar, həm də xidmət heyəti iştirak edib.

Bəy və atası məhdudiyyətləri pozduqları üçün cərimə edilib və dindirilmək üçün bölməyə aparılıb.

Polis bir daha xalqı Səhiyyə Nazirliyinin müəyyən etdiyi koronavirusla mübarizə qaydalarına riayət etməyə çağırıb. Qanun pozuntularını dayandırmaq üçün əllərindəki bütün qanuni vasitələrdən istifadə etməyə davam edəcəklərini əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru