Ermənilər gün ərzində ikinci dəfə öldürülən hərbçilərinin siyahısını açıqladılar 18-10-2020, 21:02 Ermənilər bu gün ərzində ikinci dəfə öldürülən hərbçilərinin siyahısını yayıblar.“News.am”-ın məlumatına görə, yeni siyahıda 37 ad var. Bununla da rəsmi şəkildə ermənilərin etiraf etdiyi hərbçi itkisi 710-a çatıb.Qeyd edək ki, bu gün daha öncə elan edilmiş siyahıda 40 ad yer alıb. Facebook-da paylaş