Paşinyan yenə Türkiyəyə sataşdı, başından böyük danışdı...

19-10-2020, 10:39           
Paşinyan yenə Türkiyəyə sataşdı, başından böyük danışdı...
Azərbaycan qarşısında çətin duruma düşən Paşinyan, indi gülməli açıqlamalarıyla dünya mətbuatının gündəmini zəbt edib.

Moderator.az xəbər verir ki, Paşinyan beynəlxalq mətbuat təşkilatlarına verdiyi açıqlamada “Avropa bunu yaxşı bilməlidir ki, şimal-şərqdə və cənub-şərqdə Türkiyəyə əngəl olan son ölkə Ermənistandır”-deyərərək ifadələriylə gülünc vəziyyətə düşüb.

Ermənistan bu gün tarixin ən ağır və travmatik günlərini yaşayır. 30 ildir ki, torpaqlarımızı işğalda saxlayan və bu illər ərzində həm hərbçilərimizin, həm də mülki insanlarımızın həlak olmasına səbəb olan Ermənistanın Baş naziri Paşinyan, Türkiyə ilə bağlı kobud ifadələr də işlədib.

Bununla yanaşı, Paşinyan çıxışı zamanı, “Azərbaycanı Qarabağa hücum etməyə Ankara məcbur etdi”-deyərək mülki insanlarımızı qətlə yetirdiklərini boynundan atmağa çalışıb.

Qeyd edək ki, sentyabrın 27-də cəbhə xəttində yenidən təxribata cəhd edən Ermənistan ordusuna qarşı, Azərbaycan Ordusu əks-hücum əməliyyatına keçib. Döyüşlər zamanı bu günə kimi 2 şəhər və 60-dan çox yaşayış məntəqəsi işğaldan azad edilib. Erməni ordusunun xain hücumu nəticəsində 60-dan çox mülki vətəndaşımız həlak olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.