"Al-Kaida" liderlərindən biri zərərsizləşdirilib

25-10-2020, 08:40           
"Al-Kaida" liderlərindən biri zərərsizləşdirilib
Əfqanıstanın təhlükəsizlik qüvvələri adı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan terrorçuları siyahısında olan "Al-Kaida" liderlərindən biri Əbu Muhsin əl-Masrini zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın Təhlükəsizlik Milli İdarəsinə istinadən “Reuters” agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, əl-Masri terror təşkilatına Amerika vətəndaşlarının qətli məqsədi ilə maddi dəstək göstərilməsində ittiham edilirdi. Silahlı Əfqanıstanın şərqində Qazni əyalətində xüsusi əməliyyatın gedişatında zərərsizləşdirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.