Deputat naməlum şəxs tərəfindən güllələndi

25-10-2020, 08:54           
Deputat naməlum şəxs tərəfindən güllələndi
Rusiyanın Leninqrad vilayətinin Vyborqski rayonunun deputatı, tanınmış iş adamı Aleksandr Petrov öz bağında naməlum qatil tərəfindən sinəsindən güllələnib.
Teref.az-ın xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.
Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin" z "bəndi ilə cinayət işi başladılıb.
Hadisə yerində istintaq və əməliyyat qrupunun işlədiyi bildirilib. Petrovun yaxın ətrafı və təmasda olduğu digər şəxslər istintaqa cəlb edilir.
Qeyd edək ki, Leninqrad bölgəsində tanınmış iş adamı olan 61 yaşlı Aleksander Petrovun oğlu Vitali Petrov ilk Rus “Formula 1” pilotlarından olub. Petrov özü isə bir sıra səhmdar cəmiyyətlərin və digər yerli müəssisələrin ortaq sahibi idi.APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru