Fransada güclü partlayış: insanlar təxliyə edilir 25-10-2020, 04:03 Fransanın Havr limanındakı anbarların birində güclü partlayış baş verib.KONKRET.az xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.Məlumata görə, yanğının baş verdiyi ərazidə yaşayan insanların təxliyəsinə başlanılıb.Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.Hadisə zamanı ölən və yaralananlar barədə məlumat verilməyib. Facebook-da paylaş