Moskvanın hava limanlarında 20-dən artıq aviareys ləğv edilib və ya təxirə salınıb

28-10-2020, 02:27           
Moskvanın hava limanlarında 20-dən artıq aviareys ləğv edilib və ya təxirə salınıb
Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, "Vnukovo" hava limanında 2 aviareys ləğv edilib, "Domodedovo" hava limanında 3 reys ləğv edilib, 1 reys isə təxirə salınıb.

Bildirilir ki, "Şeremetyevo" hava limanında 17 aviareys ləğv edilib, 1 aviareys təxirə salınıb.

Aviareyslərin ləğv edilməsi və təxirə salınmasının səbəbi açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru