ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi

30-10-2020, 04:53           
ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi
ABŞ hərbçiləri qitələrarası “Minuteman III” ballistik raketi sınaqdan keçirib.

“Report”un məlumatlna görə, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının məlumatında deyilir.

"Bu səhər bizim döyüş hazırlığımızı və strateji dözümlülüyümüzü göstərən silahsız “Minuteman III” qitələrarası ballistik raket sınaqdan keçirilib", - xəbərdə deyilir.

Raket Kaliforniya ştatının cənubundan Sakit okeandakı poliqona buraxılıb.

Mərmi 6 760 kilometr məsafəyə uçub və Sakit okeanda Kvadjaleyn mərcan adasına çatıb.

Sınaq uğurlu hesab edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.