Səudyyə Ərəbistanı Ümrə ziyarətinə icazə verdi

2-11-2020, 02:15           
Səudyyə Ərəbistanı Ümrə ziyarətinə icazə verdi
Saytın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı noyabrın 1-dən ümrə (kiçik həcc) ziyarətinə gələnlər üçün sərhədlərini açıb. «SPA» informasiya agentliyinin məlumatına görə, həmin gündən etibarən islamın müqəddəs yerləri olan Məkkə və Mədinə şəhərlərinə kiçik həcc ziyarətinin üçüncü mərhələsi fəaliyyətə başlayıb.

Bu yekun mərhələ çərçivəsində (ilin istənilən vaxtında həyata keçirmək olar) müqəddəs yerlərin «buraxılış gücü» 100 faiz artırılıb ki, bu da hər gün əl-Haram adlı Böyük məscidə (Məkkə) 60 minə qədər ziyarətçinin buraxılmasını nəzərdə tutur.

Yaş məhdudiyyəti tətbiq edilir - ümrəyə 18 yaşdan 50 yaşa qədər mənfi «PZR-testi» olan müsəlmanlar buraxılır. Bütün ziyarətçilər sanitariya tələblərinə riayət etməlidirlər. Hakimiyyət müntəzəm dezinfeksiya işlərinin aparılmasına ciddi nəzarət edir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru