Hər 30 saniyədə bir parisli koronavirusa yoluxur

3-11-2020, 23:05           
Hər 30 saniyədə bir parisli koronavirusa yoluxur
Fransanın paytaxtı Parisdə hər 30 saniyədən bir koronavirusa yeni yoluxma faktı qeydə alınır. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransanın səhiyyə naziri Olive Veranbildirib.

O, koronavirusa qarşı karantin rejimi tətbiqinə baxmayaraq, Paris meri Ann İdalqonun şəhərdə kiçik kitab mağazası açmaq təklifini tənqid edərək deyib: “Yəqin mer Paris xəstəxanalarına hər 15 dəqiqədən bir COVID-19-a yoluxan yeni pasiyentlərin gətirildiyindən xəbərsizdir. Yəqin o, hər 30 saniyədən bir parislinin koronavirusa yoluxmasına da diqqət yetirmir”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronun sərəncamı əsasında oktyabrın 30-dan azı dekabrın 1-dək karantin rejimi tətbiq edilib. Bütün kafe, restoran, barlar, idman zalları və klublar bağlanıb. Fransada koronavirusa indiyədək 1,4 milyon nəfər yoluxub, 37,5 min nəfər isə bu virusdan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru