Sietl polisi səkkiz nəfərin tutulduğunu bildirdi

4-11-2020, 11:04           
Sietl polisi səkkiz nəfərin tutulduğunu bildirdi
ABŞ-da prezident seçkiləri günü Sietldə polis 8 nəfəri saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə polisin rəsmi Twitter səhifəsində bildirilir.

Mesajda göstərildiyi kimi, saxlanılanlar piyadalara müdaxilə edərək avtomobillərin hərəkətinə mane olublar. Hətta bir polisə də hücum hadisəsi qeydə alınıb.

Şəhərin iki yerində belə yürüşün olduğu deyilir. Polisin verdiyi məlumata görə, itki yoxdur.

Associated Press xəbər verir ki, yüzlərlə insan Portland, Oregon və Sietldə hazırkı ABŞ prezidenti Donald Trampa qarşı yürüşlərdə iştirak edir.

Vaşinqtonda Ağ Evin yaxınlığında təxminən min nümayişçinin toplandığı qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru