Vyana teraktı zamanı daha bir müsəlman gənc həftənin qəhrəmanı oldu...

5-11-2020, 08:42           
Vyana teraktı zamanı daha bir müsəlman gənc  həftənin qəhrəmanı oldu...
Avstriya paytaxtındakı son terror aktından sonra daha bir müsəlman həftənin qəhrəmanına çevrilib.

Moderator.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, söhbət terror hücumu zamanı yaralı polis məmurunu xilas etmiş 23 yaşlı müsəlman mühacir Üsamə Cüdadan gedir.

Fələstindən olan bu gənc Vyananın mərkəzində terrorçular tərəfindən vurulan bir polis məmurunu xilas etmək üçün həyatını təhlükəyə atıb. Üsamə “Şvedenplatz” meydanındakı bir “fastfud” restoranında işləyərkən silah səsləri eşidib. Yaralı polisi görən gənc müsəlman terrorçuların atəşindən gizlətmək üçün onu beton bir blokun arxasına sürükləyib və qanaxmasını durdurmağa çalışıb. Terrorçular küçədəki insanlara atəş etməyə davam edərkən Üsamə yaralı zabiti təcili yardım maşınınadək apara bilib.

Vyana polisi müsəlman mühacirə minnətdarlığını bildirib və onu “Cəsarət” medalı ilə mükafatlandırıb.

Xatırladaq ki, daha əvvəl Vyanadakı son terakt zamanı iki türk gəncin bir polisi və yaşlı qadını xilas etməsi haqda xəbər vermişik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.