Xəstəxanada tibb bacısı bir uşağın saçından tutub sürüdü

6-11-2020, 10:55           
Xəstəxanada tibb bacısı bir uşağın saçından tutub sürüdü
Sosial şəbəkələrdə Rusiyanın Novosibirsk şəhərinin yerli vərəm xəstəxanasında tibb bacısının bir uşağın saçlarından tutub yatağa atması ilə bağlı video ortaya çıxıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya İstintaq Komitəsinin Novosibirsk bölgəsi üzrə idarəsi yayıb.

Mənbə bildirir ki, video yayıldıqdan sonra yoxlama aparılıb.

Eyni zamanda, videonun müəllifi iddia edir ki, qadın bu cür hərəkətləri sistemli şəkildə həyata keçirir.

Təhlükəsizlik qüvvələri uşağa qarşı mümkün qəddar rəftarın bütün şərtlərini öyrənmək niyyətindədir. Bundan sonra əlavə tədbirlər barədə qərar veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru