Erməni əsgərləri Şuşadakı bir evdə çay və yeməklərini qoyub qaçdı...

6-11-2020, 12:19           
Erməni əsgərləri Şuşadakı bir evdə çay və yeməklərini qoyub qaçdı...
Azərbaycan Ordusunun Dağlıq Qarabağda irəliləyişi davam edir.

Moderator.az xəbər verir ki, Qarabağın ürəyi sayılan Şuşaya girən Azərbaycan Ordusunun işğaldan azad etdiyi kəndlərdə görüntüsü yayılıb. Görüntülərdən məlum olur ki, Azərbaycan əsgərlərinin girdiyi bir evdə ermənilər çay və yeməklərini qoyaraq qaçıblar.

Ermənistanın Azərbaycana hücum etməsiylə başlayan müharibənin 41-ci günü tamam olur. Ermənilərin mülki yaşayış məntəqələrimizə hücumundan sonra özünü qorumağa çalışan Azərbaycan, erməni ünsürlərini ərazidən dəf etməyə müvəffəq oldu və 200-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi.

Azərbaycanın irəliləyişini dayandıra bilməyən İrəvan rəhbərliyi ordumuzun Şuşaya yaxınlaşmasıyla yaxşıca küncə sıxışdırıldı və Rusiyada tələb etdiyi dəstəyi də ala bilmədi. Şuşanı itirməmək üçün dirənən ermənilər Azərbaycan Ordusu qarşısında dayana bilmədi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru