Ermənistanın "Vətən" muzdlu dəstəsi darmadağın edilib

6-11-2020, 11:24           
Ermənistanın "Vətən" muzdlu dəstəsi darmadağın edilib
Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstəsi Azərbaycan Ordusu tərəfindən darmadağın edilib.

“Report” xəbər verir ki, məlumatı Ermənistanın Vətən Partiyası yayıb.

Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb. Ölənlərin olduğu istisna edilmir.

Qeyd edək ki, Vətən Partiyasının sədri Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək Ermənistan Milli təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində çalışıb. Hadisələrdən əvvəl Vanesyan Ermənistanın baş naziri Nikol Paşiyanın istefasını tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru