Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 75 nəfər dünyasını dəyişib.
“TASS” xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 7215-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 456 689 insanda koronavirus aşkar olunub, onlardan 6253 nəfəri son sutkada təsdiqlənmiş yoluxma hallarıdır. Həmçinin ümumilikdə 332 984 xəstə sağalıb. (report)