Ermənilərin daha bir saxtakarlığı aşkar edildi

7-11-2020, 17:58           
Ermənilərin daha bir saxtakarlığı aşkar edildi
Erməni hakerlər hərbiçilərimizin ad soyadlarını toplayıb daha sonra isə həmin hərbiçiləri sosial şəbəkələrdən axtarıb tapıb şəkilləri ilə birlikdə saxta şəhid siyahıları düzəltmək üçün yeni üsula əl atıblar.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

"Hərbiçilərimizin siyahısını toplamaq istəyən və bundan hansısa saxta xəbərlər və siyahılar hazırlamağı planlaşdıran erməni hakerlər tərəfindən vətəndaşlarımıza saxta sms-lər göndərərək onlardan hərbidə olanların adlarını daxil etmək və həmin adamların şəhid olub-olmamasını yoxlamaq təklif edilir. Beləliklə müharibədə məğlub olan düşmən, hərbiçilərimiz haqqında məlumatların-siyahıların toplanmasının yeni növünə start verib. Bütün vətəndaşlarımızdan belə sms-lərə, xəbərlərə, keçidlərə qarşı diqqətli olmağı, oxşar hallarla rastlaşdığınız zaman bu barədə bizə məlumat verməyinizi xahiş edirik", - deyə qurum bəyan edib.
xezerxeber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru