Dünyanın ən böyük kibertəhlükəsizlik şirkətinə hücum: hökumətlərin bilgiləri oğurlandı

9-12-2020, 17:42           
Dünyanın ən böyük kibertəhlükəsizlik şirkətinə hücum: hökumətlərin bilgiləri oğurlandı
Dünyanın ən böyük kibertəhlükəsizlik şirkəti olan “FireEye” kiberhücuma məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə şirkət rəsmi açıqlama ilə çıxış edib.

Bildirilib ki, hücum inkişaf etmiş metodlarla təşkil olunub və arxasında hər hansı bir ölkənin olma ehtimalı çoxdur. Hücum zamanı aralarında müxtəlif hökumətlərin də olduğu müştərilərin bilgiləri ələ keçirilib.

“CNN International”ın xəbərinə görə, 2004-cü ildə qurulan “FireEye” bu günə qədər bu ölçüdə hücumla qarşılaşmayıb.

“FireEye” həm Federal Təhlükəsizlik Bürosu, həm də “Microsoft” kimi şirkətlərlə zərəri minimuma endirmək üçün işlədiklərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru