Hollandiya iki rus diplomatını ölkədən qovur –Casusluğa görə

11-12-2020, 05:51           
Hollandiya iki rus diplomatını ölkədən qovur –Casusluğa görə
Hollandiya (Niderland) iki rus diplomatından ölkəni tərk etmələrini tələb edib.

Strateq.az “Haberturk”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik və Kəşfiyyat Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya səfirliyində vəzifə tutan kəşfiyyat əməkdaşı ilə diplomatik rütbə daşıyan bir diplomat “texnologiya və elm” sahələrində casusluq ediblər: “Onlar ölkəmizin bu sahələr üzrə gizli məlumalarına sahiblənmək üçün cavabdeh şəxslərlə təmasa keçiblər. Və onların bəzilərini pul qarşılığında əməkdaşlığa cəlb ediblər”.

Məlumatda qeyd olunub ki, baş verənlərlə bağlı dəlillər ölkə rəhbərliyinə təqdim olunub: “Nəticədə ən qısa zamanda hər iki rus diplomatından ölkəni tərk etmələri tələb olunub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru