Meksikada neft emalı zavodunda partlayış baş verib

11-12-2020, 07:08           
Meksikada neft emalı zavodunda partlayış baş verib
Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatının Kadereyta bələdiyyəsində neft emalı zavodunda azı iki partlayış baş verib, bir neçə işçi xəsarət alıb.

APA xəbər verir ki, bu barədə regionun qubernatoru Xayme Rodriqes Kalderon “Twitter”də səhifəsində bildirib.

“Xilasetmə xidməti Kadereytadakı neft emalı zavodunda qaz yığılması səbəbindən iki partlayışın qeydə alınması barədə mənə məlumat verib. Mənə bildiriblər ki, yüngül xəsarətlər almış 5 nəfər yardım göstərilməsi üçün xəstəxanaya aparılıb”, - məlumatda belə deyilir.

Hazırda müəssisədəki vəziyyət nəzarət altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru