ERMƏNİLƏR BİR AZƏRBAYCANLINI GİROV GÖTÜRDÜLƏR? - TOVUZ TƏRƏFDƏ

11-12-2020, 10:19           
ERMƏNİLƏR BİR AZƏRBAYCANLINI GİROV GÖTÜRDÜLƏR? -
Dekabrın 9-dan 10-na keçən gecə, saat 04:00-05:00 radələrində Ermənistanın Tavuş rayonu ərazisində bir nəfər azərbaycanlı girov götürülüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə News.am saytı məlumat yayıb.
Sayt iddia edir ki, hadisə Berdvan kəndində baş verib. Kəndin icra nümayəndəsi Sumbat Muqdasyanın verdiyi məlumata görə, girov götürülən azərbaycanlı kənddəki çörək sexinin qarşısında saxlanılıb. "Azərbaycanlı kənddə sərbəst gəzirmiş. Onu çörək sexinin qarşısında olanda saxlayıblar. MTN zabitləri gəlib, onu aparıblar. Detallar barədə məlumatım yoxdur".
Qeyd edək ki, Azərbaycan tərəfi bu barədə hər hansı məkumat yaymayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru