Rusiyada qocalar evi yandı: ölənlər var 10-01-2021, 03:35 Rusiyanın Tümen şəhərində yerləşən qocalar evində yanğın baş verib.Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Məlumata görə, binanın birinci mərtəbəsində başlayan yanğında 7 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hazırda yanğın söndürülüb.Hadisə ilə bağlı araşdırma başladılıb. Facebook-da paylaş