Planetimizin ən zəngin insanının nə qədər pulu var

10-01-2021, 12:35           
Planetimizin ən zəngin insanının nə qədər pulu var
“Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Maskın varidatı ilk dəfə 200 milyard ABŞ dollarını ötüb.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”ə (BBI) istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Yanvarın 10-a olan məlumata görə, Maskın sərvəti 14,5 milyard ABŞ dolları artıb və 209 milyard dollara çatıb.
Daha əvvəl Mask sərvətinə görə, “Amazon” şirkətinin banisi Ceff Bezosu keçərək dünyanın ən zəngin insanlarının siyahısında ilk dəfə olaraq birinci yerə yüksəlib. Həmin vaxt Maskın sərvəti 195 milyard ABŞ dollarına qədər artıb, Bezos isə 185 milyard dollar kapitalla ikinci sırada qərarlaşıb. Bezos 2017-ci ildən dünyanın ən varlı adamı idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru