Jirinovski koronavirusla bağlı 10 İLLİK SİRRİ açdı: mən olmasaydım...

6-02-2021, 15:57           
Jirinovski koronavirusla bağlı 10 İLLİK SİRRİ açdı: mən olmasaydım...
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski rus alimlərinin onun şəxsi töhfəsi sayəsində koronavirusa qarşı peyvənd hazırladığını etiraf edib.

Manevr.az xəbər verir ki, o, "Komsomolskaya Pravda"ya müsahibəsində N.F.Qamaleya adına Mərkəzdə təxminən on il əvvəl baş verən hadisədən danışıb.

“Müəssisə borclarını ödəmədiyinə görə elektrik enerjisi kəsiləcəkdi. Onları xilas etdim. İşıqlar söndürülmədi. Bütün virus nümunələri xilas edildi. Mənim töhfəm bu idi. Bunu etməsəydim, indi bir peyvəndimiz olmazdı və daha da çox adam ölərdi”.

Jirinovski jurnalistlərin bu hekayəni daha əvvəl işıqlandırmadığına təəccüb və qəzəbini dilə gətirib.publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.