Daha bir şəhidimiz dəfn olundu - FOTOLAR

7-02-2021, 07:12           
Daha bir şəhidimiz dəfn olundu - FOTOLAR
Vətən Müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən daha bir hərbçimiz torpağa tapşırılıb. “Qafqazinfo” xəbər verir ki, söhbət Tərtər rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbi qulluqçu Ələkbərli Ələkbər Ramiz oğlundan gedir.

Şəhidin nəşi əvvəlcə ata ocağına gətirilib. Burada şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, hərbçilər və kənd sakinləri iştirak edib.

Mərasimdən sonra onun nəşi Köçərli kənd qəbiristanlığında dəfn olunub. Şəhidin nəşinin büküldüyü üçrəngli bayraq atasına təqdim olunub.

Qeyd edək ki, Ə.Ələkbərli tankçı olub. O, sentyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru