87 kiloluq itin sahibləri evtanaziyasını istədilər - FOTO

7-02-2021, 11:16           
87 kiloluq itin sahibləri evtanaziyasını istədilər - FOTO
Kilosundan əziyyət çəkən bir cins itin sahibləri onun kilo almasının qarşısını ala bilmədikləri üçün heyvanın evtanaziya edilməsini istəyiblər.

Bizim.Media xəbər verir ki, hadisə Rusiyada baş verib.

Məlumata görə, 6 yaşlı itin sahibləri heyvan klinikasına gələrək itin öhdəsindən gələ bilmədiklərini, kilosu artıq olduğu üçün hərəkət etməsinin çətin olduğunu və buna görə bəzən onu daşımaq məcburiyyətində qaldıqlarını bildiriblər və heyvanı evtanaziya etmək istədiklərini deyiblər.

Baytarlar cütlüyü evtanizasiya qərarından çəkindirmək üçün onlarla söhbətlər edib və kiloları ilə problem yaşayan itlərin reabilitasiyası üçün bir proqram hazırlayacaqlarını bildiriblər.

Tərəziyə çıxarılan İtin çəkisi 87,90 kiloqram olaraq təyin olunub. Klinikadan verilən açıqlamaya görə, it üçün dərhal proqram hazırlanıb və qısa müddətdə onun sağlığına qovuşacağı bildirilib.

Evtanaziya qərarından imtina edən ailəyə isə bayratlar təşəkkür edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru