Ağdaşda yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb

7-02-2021, 12:21           
Ağdaşda yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Ağdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teref.az APA-ya istinadla xəbər verir ki, ötən gecə saat 00:10 radələrində Ağdaş-Ləki yolunun Nehrəxəlil kəndi ərazisində "Mersedes" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində Ağdaş rayon sakinləri 1961-ci il təvəllüdlü Əhmədova Rahilə Namət qızı, 2008-ci il Əhmədova Rahilə Teymur qızı, 1984-cü il təvəllüdlü Əhmədov Teymur Səməd oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, İsmayılova Dursun Qiyas qızı, Əlizadə Xəzan Fikrət qızı, Əhmədov Təbriz Teymur oğlu, Sadiqli İqbal Elton oğlu ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru