DƏHŞƏTLİ QƏTL: Eks kənd rəhbərini polis şöbəsində GÜLLƏLƏDİLƏR

7-02-2021, 14:44           
DƏHŞƏTLİ QƏTL: Eks kənd rəhbərini polis şöbəsində GÜLLƏLƏDİLƏR
Dağıstanda dəhşətli qətl hadisəsi baş verib.

Teref.az xəbər verir ki, Dağıstanın Novolakski rayonunun Novokuli kəndin keçmiş başçısı Abakar Kaplanovun Mahaçqalada Rayon Daxili İşlər Şöbəsinin rəhbərinin kabinetində güllələnib.

Rosqvardia açıqlama yayaraq bildirib ki, köhnə kənd başçısının öldürüldüyü şöbədə hadisəni araşdırmaq üçün hər cür səy göstəriləcək.

Bildirilir ki, mərhum eyni kənddən olan iki milli qvardiyaçı ilə uzun müddət düşmənçilik edib. Münaqişə torpaq üstündə gedən mübahisə zəminində başlayıb.

Dağıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, mərhumun 300-dən çox həmyerlisi qətl hadisəsi baş verən polis şöbəsinin yaxınlığında toplaşıb. Münaqişənin alovlanmasının qarşısını almaq üçün 140-dan çox polis hadisə yerinə göndərilib.

Rosgvardia Dağıstan şöbəsinin müdiri, polis general-mayoru Magomed Baachilov və Dağıstan Respublikanın Daxili İşlər Nazirliyinin rəhbərliyi də hadisə yerinə gedib.///publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru