Bu ərazi də Azərbaycanın NƏZARƏTİNƏ KEÇDİ - FOTO

8-02-2021, 00:07           
Bu ərazi də Azərbaycanın NƏZARƏTİNƏ KEÇDİ - FOTO
Ermənistanın Geqarqunik (Kəlbəcər ərazisi) vilayətinin sərhəd ərazisində yerləşən külək elektrik stansiyası Azərbaycanın nəzarətinə keçib.

Publika.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Armen Tatoyan məlumat verib.

O bildirib ki, sözügedən 200 hektarlıq ərazi hökumət tərəfindən biznesmenə 30 il müddətinə icarəyə verilmişdi:

"Sonradan kadastr komitəsində iş adamının torpaq sahəsi almaq hüququ qeydiyyata alınıb. 2018-ci ildə isə şirkət elektrik enerjisi istehsal etmək üçün lisenziya almışdı. Ancaq 25 noyabrdan sonra Azərbaycan Silahlı Qüvvələri bu ərazilərə gəlib və şirkət fəaliyyətini dayandırmağı tələb ediblər".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru