"Brent" markalı neftin qiyməti 61 dollara çatıb

9-02-2021, 07:40           
"Brent" markalı neftin qiyməti 61 dollara çatıb
"Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 06:14 (GMT+4) üçün 0,76 faiz bahalaşaraq 61,02 dollar/barel təşkil edib.

Trend-in məlumatına görə, son dəfə "Brent" markalı neftin qiyməti 2020-ci il yanvarın 7-də 61 dollardan yüksək olub.

Saat 06:16 (GMT+4) üçün "Brent" markalı neft 61,01 dollar (+0,74 faiz) mənləğində satılıb.

"WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,63 faiz bahalaşaraq 58,2 dollar/barel təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.