ABŞ-da atışma olub - 5 nəfər xəsarət alıb

10-02-2021, 03:44           
ABŞ-da atışma olub -
ABŞ-ın Minnesota ştatının Baffalo şəhərindəki klinikada atışma olub.

Bu barədə “Star Tribune” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 5 nəfər xəsarət alıb.


Nəşr qeyd edib ki, insidentdən 30 dəqiqə sonra klinikada partlayış olub. Bu səbəbdən müəssisədəki heyət təxliyə edilib.

“Associated Press” agentliyi isə hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.