Neftin qiyməti yenidən ucuzlaşdı

10-02-2021, 07:27           
Neftin qiyməti yenidən ucuzlaşdı
Dünya neft bazarındakı qiymətlər 3 gün ərzində ardıcıl artdıqdan sonra dünən yenidən ucuzlaşıb.

“Report” xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçersləri 0,38 faiz ucuzlaşaraq 60,47 ABŞ dollarına, WTI markalı neftin mart fyuçersləri isə 0,38 faiz ucuzlaşaraq 57,75 dollara satılıb. Halbuki hələ dünən günorta hərraclarında bahalaşma davam edib.

Xatırladaq ki, “Brent” və WTI markalı neftin bahalaşması daha çox OPEC+ formatı çərçivəsində hasilatın ixtisarı, habelə dünyada koronavirusdan peyvəndlənmənin daha geniş vüsət alması ilə iqtisadiyyatın gələcəyinə dair nikbinliyin artması ilə bağlı olub. Belə ki, OPEC+ formatının bəzi iştirakçı ölkələri fevral – mart aylarında hasilatı 1.425 min barel azaltmağa söz vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru