"Microsoft"un 51 milyard dollarlıq satınalma əməliyyatı baş tutmayıb

12-02-2021, 07:05           
"Microsoft"un 51 milyard dollarlıq satınalma əməliyyatı baş tutmayıb
ABŞ-ın "Microsoft" şirkəti "Pinterest" fotohostinqini 51 milyard dollara satın almaq istəyib.

Bu barədə "Financial Times" qəzeti xəbər verib.

Qeyd olunur ki, saziş baş tutsaydı, bu, "Microsoft"un tarixində ən iri satınalma əməliyyatı olacaqdı. Hazırda tərəflər arasında danışıqların davam etmədiyi deyilir.

Koronavirus pandemiyası dövründə "Pinterest"in bazar dəyəri 600 faiz yüksəlib.//Trend












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.