Rumıniyada xəstəxanada yanğın zamanı ölənlərin sayı 20-yə çatıb

12-02-2021, 08:15           
Rumıniyada xəstəxanada yanğın zamanı ölənlərin sayı 20-yə çatıb
Rumıniyanın paytaxtı Buxarestdə koronavirus xəstələrinin müalicə olunduğu Milli Yoluxucu Xəstəliklər İnstitutunda baş verən yanğın zamanı ölənlərin sayı 20-yə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, faciədən sonra instituta gələn Rumıniya Prezidenti Klaus İohannis ölkədəki xəstəxanalarda struktur problemlərinin olduğunu bildirərək səhiyyə sistemində islahatların keçirilməsinə göstəriş verib.

Yanğının başvermə səbəblərini araşdırmaq üçün komissiya işini davam etdirir.

Qeyd edək ki, Rumıniyanın ən böyük xəstəxanalarından biri olan tibb müəssisəsinin yanğın yanvarın 29-da birinci mərtəbədə baş verib. Binada olan 102 xəstədən 53-ü xəsarət almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru