Ermənistanda müəmmalı ölüm hadisələri baş verdi

13-02-2021, 09:11           
Ermənistanda müəmmalı ölüm hadisələri baş verdi
Ermənistanda müəmmalı intihar hadisələri qeydə alınıb.

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hər iki hadisə Sünik əyalətində olub. Belə ki, adı açıqlanmayan, 1991-ci il təvəllüdlü gəncin meyiti tapılıb. Müayinə zamanı onun başında odlu silahdan açılmış güllə yarası müəyyənləşdirilib.

Digər hadisə də 30 yaşlı kişinin ölümü ilə bağlıdır. Qeyd edilir ki, o, AK markalı avtomatından açılan atəşlə ölüb. Mətbuat bunun intihar hadisəsi olduğunu bildirsə də, ölüm faktı ilə bağlı digər versiyaları da istisna etməyib.

Daha bir müəmmalı ölüm hadisəsi Yerevanda baş verib. Belə ki, 20 yaşlı qız 11-ci mərtəbədən yıxılıb. Hüquq-mühafizə orqanları bunun ehtiyatsızlıqdan baş verdiyini bildirsələr də, KİV hadisənin intihar olduğunu vurğulayır. (Report)

Hər üç hadisə ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Təhqiqat aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.