Yenilik: Bakıda bu saatlarda avtobus zolaqlarına girmək olar

16-02-2021, 10:40           
Yenilik: Bakıda bu saatlarda avtobus zolaqlarına girmək olar
Məlum olduğu kimi, Bakı Nəqliyyat Agentliyi tərəfindən bir neçə küçə və prospektdə avtobus zolaqları çəkilib.

Bu, o deməkdir ki, digər nəqliyyat vasitələri həmin zolaqlara daxil ola bilməz.

Bu zolaqlar yalnız sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub.

Bəzi küçələrdə avtobus zolaqlarının başlanğıcına xüsusi nişanlar qoyulub. Bu nişanlar müəyyən saatlarda digər nəqliyyat vasitələrinin də zolaqlara daxil olmasına icazə verir.

Belə ki, Mikayıl Useynov küçəsində Bayraq meydanından Azneft dairəsinə qədər olan ərazidəki zolağa səhər saat 7-dən axşam 8-ə qədər daxil olmaq qadağandır.

Qara Qarayev prospektində səhər saat 7:00-dan 10:00-a və axşam 16:00-dan 19:00-a qədər zolaqlara girmək qadağandır. Digər saatlarda isə sürücülər həmin zolaqlardan istifadə edə bilər.

Günün pik saatları istisna olmaqla bəzi küçələrdə zolaqlardan istifadəyə icazə verilir. Amma zolağa daxil olmazdan əvvəl diqqətli olmaq lazımdır. Çünki hər küçə üçün ayrıca vaxtlar müəyyən olunub. (Avtosfer.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru