Nazirlikdən müəllimlərin işə qəbulu ilə bağlı AÇIQLAMA

16-02-2021, 22:53           
Nazirlikdən müəllimlərin işə qəbulu ilə bağlı AÇIQLAMA
Təhsil Nazirliyi məlumat yayıb
2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsi davam edir.

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, fevralın 5-dən etibarən start verilən müsahibələrdə bugünədək 2307 nəfər iştirak edib.
Fevralın 18-də yekunlaşdırılması nəzərdə tutulan müsahibə prosesində indiyədək olan iştirak nisbəti 98,9 faizdir. Müsahibə mərhələsinə ümumilkdə 2948 nəfər dəvət olunub.

Qeyd edək ki, “Microsoft Teams” platforması üzərindən təşkil edilən müsahibələrdə müsahibə komissiyası kimi yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru