Ceff Bezos yenidən dünyanın ən zəngin insanı oldu

17-02-2021, 07:41           
Ceff Bezos yenidən dünyanın ən zəngin insanı oldu
"Amazon” şirkətinin rəhbəri Ceff Bezos sərvətinin sayına görə İlon Maskı qabaqlayaraq yenidən dünyanın ən zəngin insanı olub.

Sfera.az xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb. Agentliyin qiymətləndirməsinə görə, Bezos bir milyard ABŞ dolları məbləğində Maskdan varlı olub. Hazırda "Amazon” rəhbərinin sərvəti 191 milyard ABŞ dolları təşkil edir.

"Forbes” jurnalının versiyasına görə, daha əvvəl "SpaceX” və "Tesla” şirkətlərinin başçısı İlon Mask planetin ən zəngin insanlarının reytinqində birinci yeri tərk edib.

Reytinq siyahısında üçüncü yerdə "Microsoft”un banisi Bil Qeyts qərarlaşıb. Hazırda onun sərvəti 137 milyard ABŞ dolları təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru