500 TIR və sürücülər Rusiya-Gürcüstan sərhədində qalıb

18-02-2021, 00:46           
500 TIR və sürücülər Rusiya-Gürcüstan sərhədində qalıb
Şiddətli qar səbəbindən Rusiya-Gürcüstan arasındakı Kazbek-Yuxarı Lars sərhəd qapısında 500 TIR və sürücüləri köməksiz vəziyyətdə qalıb.

Sfera.az xəbər verir ki, Rusiyadan hərəkət edən 500 TIR-ın Rusiya ilə Gürcüstan arasındakı sərhəd keçid məntəqəsindən istifadə etməsi nəticəsində təxminən 60 kilometr tıxac əmələ gəlib.

Kazbek dağındakı əlverişsiz iqlim şərtləri və qar yağışı vəziyyəti bir az da gərginləşdirib.

Rusiya Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı açıqlama verib:

"Bölgədəki çətin hava şəraiti səbəbindən Şimali Osetiyadakı Yuxarı Lars gömrük keçid məntəqəsində təxminən 500 yük maşını sürücüsü isinmə məntəqələrinə yerləşdirilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru