Pişik evi partlayışdan xilas etdi – VİDEO

19-02-2021, 00:04           
Pişik evi partlayışdan xilas etdi – VİDEO
ABŞ-da pişik bir ailənin həyatını qurtardı.

Bizim.Media “KGW News”a istinadən xəbər verir ki, ABŞ-ın Oreqon ştatında Lilli ləqəbli pişik bir ailəni məişət qazının yarada biləcəyi partlayışdan xilas edib.

Pişiyin sahibəsi bir gün ev heyvanının sobanın yanında qaz klapanını tez-tez iylədiyini görür. Lillinin – pişiyin bu davranışından şübhələnən qadın həmin yerə yaxınlaşır və görür ki, xəfif qaz iyi gəlir. Buna inanmayan qadın ərini çağırır və o da mavi yanacağın iyini hiss edir.

Təlaşlanan ev sahibləri qaz xidməti ilə əlaqə saxlayırlar və onlara bildirilir ki, təcili qazı ümumi xətdən bağlayın.

Hadisə yerinə gələn sözügedən xidmətin əməkdaşları qaz sızmasını təsdiqləyir və nasazlığı düzəldirlər.

Pişiyin bu şücaətindən sonra ev sahiblərinin Lilli sevgisi birə min artır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru