“Azərişıq” ASC elektrik enerjisi tariflərinin artacağını təkzib edir

19-02-2021, 09:42           
“Azərişıq” ASC elektrik enerjisi tariflərinin artacağını təkzib edir
“Azərişıq” ASC son günlər sosial şəbəkələrdə və bəzi KİV-lərdə elektrik enerjisi tariflərinin artırılacağına dair yayılmış məlumatları təkzib edib. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu virtualaz.org-a bildirib ki, onlar tariflərin artırılması barədə Tarif Şurasına heç bir müraciət etməyiblər və bu barədə yayılan xəbərlər yalandır, əhali arasında ajiotaj yaratmağa xidmət edir.

Qeyd edək ki, həmin xəbərlərdə elektrik tariflərinin 2 dəfə artırılacağı və 1 kVt üçün 14 qəpiyə çatdırılacağı iddia edilirdi. Hazırda Azərbaycanda elektrik enerjisinə görə diferensial tariflər tətbiq edilir. Belə ki, sərfiyyat 300 kVt-a qədər olarsa abonent hər kVt üçün 7 qəpik ödəməlidir. Bu limiti keçəndən sonra isə hər kVt üçün 11 qəpik ödəmək lazım gəlir.

Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.