Poroşenko telekanal satın aldı

19-02-2021, 11:01           
Poroşenko telekanal satın aldı
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko “Pryamoy” kanalını satın alıb.

Bu barədə o, efirlərin birində deyib. Onun sözlərinə görə, kanalın sahibi strukturu 100% özünə məxsus olan “Prime Assets Capital”dır. Poroşenko kanalın borclarını bağlamaq və digər xərclər üçün xeyli vəsait sərf etdiyini söyləyib.

“Avropa həmrəyliyi” partiyasının veb-saytında Poroşenkonun telekanalı keçmiş millət vəkili Vladimir Makeyenkodan aldığı qeyd olunub.

Bildirilib ki, “Pryamoy”un bağlanacağı və Makeyenkoya sanksiyalar tətbiq olunacağı məlumatlarından sonra sabiq deputat Poroşenkoya zəng edərək kanalı qorumaq üçün ondan yardım istəyib.

Qeyd edək ki, fevralın əvvəlində Poroşenko Ukraynanın bir sıra müxalifət telekanallarına qarşı sanksiyaları dəstəkləmişdi. Onun sözlərinə görə, bu kanallar “Rusiyanın Ukraynaya qarşı apardığı informasiya müharibəsinin açıq silahı” na çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru