Nazir şirkət direktorunu işdən çıxardı - YENİ TƏYİNAT
19-02-2021, 14:19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin direktoru Elman Hüseynov vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik Ənvər Yusifova həvalə olunub.
Xatırladaq ki, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 41 600 manatdır. Şirkət dövlətə məxsus rabitə müəssisələrinin mühafizəsini həyata keçirir.