AQTA ictimai iaşə müəssisələrində 592 nöqsan aşkarlayıb

20-02-2021, 00:50           
AQTA ictimai iaşə müəssisələrində 592 nöqsan aşkarlayıb
İaşə müəssisələrində pandemiya ilə bağlı görülən işlərə dair hesabat açıqlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində pandemiya ilə bağlı görülən işlərə dair hesabat açıqlayıb.

AYNA xəbər verir ki, 1-18 fevralda AQTA əməkdaşları 12 476 monitorinq həyata keçirib və 592 nöqsan aşkar edib.

Ən çox aşkar olunmuş nöqsanlara gəlincə, işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsinə görə 491 (83 %), masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmamasına görə isə 71 (12 %) fakt qeydə alınıb.

Ümumilikdə ötən ilin sentyabr ayının 25-dən etibarən AQTA ölkə üzrə fəaliyyət göstərən 11 499 ictimai iaşə müəssisəsində 45 254 monitorinq həyata keçirib və 2 699 nöqsan aşkar edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.