Bu ölkədən gətirilən darçın yararsız çıxdı - AQTA

21-02-2021, 00:06           
Bu ölkədən gətirilən darçın yararsız çıxdı - AQTA
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan ərzaq məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Sfera.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Vyetnamda "Hanfimex Group” müəssisəsi tərəfindən istehsal olunan və "Kamser Trade Group” MMC tərəfindən ölkəmizə idxal edilən altı ton darçın məhsulu partiyasına baxış keçirib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində ağır metallar qrupuna aid kadmiumun kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi aşkarlanıb.

İstehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı Agentlik tərəfindən alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru