Avstraliyanın baş naziri koronavirusdan peyvənd olundu

21-02-2021, 10:20           
Avstraliyanın baş naziri koronavirusdan peyvənd olundu
Avstraliyada əhalinin koronavirusdan peyvənd edilməsinə başlanılıb Bu barədə “Sydney Morning Herald” bildirib.

Qeyd edilir ki, ölkədə ilk olaraq baş nazir Skott Morrison peyvənd olunub. Baş nazir “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanmış vaksinlə peyvənd edilib. “Pfizer” və “BioNTech” vaksini cari ilin yanvarında Avstraliyada tətbiq üçün bəyənilib, fevralda yerli tənzimləyici orqan “AstraZeneca” şirkətinin vaksinindən istifadəyə icazə verib.

Qeyd edək ki, Avstraliyada koronavirusa ümumilikdə 28 925 nəfər yoluxub. Son gündə daha 5 nəfərdə COVID-19 aşkarlanıb. Virusa yoluxmuş 909 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 873 nəfərdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.